Topaz Premyer Liqasında XIV tura yekun vuruldu, "Qarabağ" qış çempionu oldu

Bu gün Topaz Premyer Liqasında XIV tura yekun vurulub. Olimpsport.az xəbər verir ki, ilin son turunun bütün matçları eyni gündə baş tutub.

 

İkinci dövrənin yekun turuna Qəbələdə start verilib. Yerli komanda “Kəpəz”i qəbul edib. Görüş meydan shiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

İkinci oyunda isə “Zirə” Sumqayıtda “gənclik şəhəri”nin eyniadlı komandasına qonaq olub. Bu oyunda da doğma meydanda çıxış edən komanda qalibiyyətə sevinib. "Kimyaçılar" tək qolla 3 xal qazanıblar.

 

İlin son paytaxt derbisində çempionatın autsayderləri görüşüb. AZAL mövsümdəki ilk qələbəsini bərbad oynayan "Neftçi" üzərində qazanıb. Tərlan Əhmədovun yetirmələri də bir qolla qələbəyə seviniblər.

 

Turun mərkəzi oyununda “Qarabağ” “İnter”i qəbul edib. Qolsuz bərabərliklə başa çatan oyun ağdamlıların ikinci dövrəni lider kimi başa vurnasını təmin edib. "İnter" isə 3-cü pillədəki yerini möhkəmlədib.

 

Topaz Premyer Liqası

XIV tur

17 dekabr (şənbə)
 

“Qarabağ” – “İnter” - 0:0
Hakimlər: Fariz Yusifov, Namiq Yusifov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev

Suraxanı qəsəbə stadionu

“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 8. Migel Madera, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 9. Reynaldo, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə

Baş məşqçi: Qurban Qurbanov

“İnter”: 13. Orxan Sadıqlı, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 17. Abbas Hüseynov, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 10. Elnur Abdullayev, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 20. Aqşin Quluzadə, 98. Qara Qarayev

Baş məşqçi: Zaur Svanadze

 

 

“Sumqayıt” – “Zirə” - 1:0

Qol: Mirabdulla Abbasov, 15

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 21. Nasir Abilayev, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 74. Yusif Nəbiyev

Baş məşqçi: Samir Abasov

“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 7. Gerhard Proqni, 10. Elvin Məmmədov (k), 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 19. Nurlan Novruzov, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 44. Migel Lorenso, 92. Cavid Tağıyev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 77. Yamin Ağakərimzadə, 96. Elgün Nəbiyev

Baş məşqçi: Adil Şükürov

 

 

“Neftçi” – AZAL - 0:1

Qol: David Canelidze, 79
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Dalğa Arena"

“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro Rodriges, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilya, 90. Jonas Pesalli, 13. Murad Ağayev

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 23. Tərzin Cahangirov, 5. Anton Krivotsyuk, 10. Cavid İmamverdiyev, 22. Mahir Şükürov, 49. İbrahim Əliyev, 26. Kamal Qurbanov

Baş məşqçi: Elxan Abdullayev

AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 7. Kamal Mirzəyev, 88. Mirzağa Hüseynpur, 21. David Canelidze

Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 9. Röyal Nəcəfov, 10. Nuqzar Kvirtiya, 16. Aşkan Feyzi, 19. Elnur Süleymanov

Baş məşqçi: Tərlan Əhmədov

 


“Qəbələ” – “Kəpəz” - 2:1

Qollar: Filip Ozobiç, 23 (pen.); Ruslan Qurbanov, 84 (pen.) - Tural Axundov, 78 (pen.)

Qırmızı vərəqə: Renan Silva, 83
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Murad Məmmədov 
Qəbələ şəhər stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 14. Cavid Hüseynov, 21. Roman Hüseynov, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 90 Ramil Hasanov

Baş məşqçi: Roman Qriqorçuk

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 19. Orxan Əliyev, 77. Serjio Kosta, 90. Julien Ebah

Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 6. Ceyhun Cavadov, 10. Dario Federiko, 75. Yusif Cəfərov

Baş məşqçi: Şahin Diniyev

 

Turnir cədvəli

 

1

Qarabağ

14

10

2

2

26-6

32

2

Qəbələ

14

9

4

1

30-7

31

3

İnter

14

6

7

1

21-12

25

4

Sumqayıt

14

4

5

5

13-18

17

5

Zirə

14

4

3

7

11-15

15

6

Kəpəz

14

3

6

5

10-13

15

7

Neftçi

14

3

0

11

9-30

9

8

AZAL

14

1

5

8

6-25

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7