"Onlardan qat-qat zəifik" - Elxan Abdullayev

“Rəqibi ilk qələbə münasibətilə təbrik edirəm. O ki qaldı oyunumuza, birinci hissəni yaxşı keçirdik. Amma futbolda vurmayan komandaya qol vururlar”. Olimpsport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Topaz Premyer Liqasının XIV turunda AZAL-ı qəbul edən “ağ-qaralar” 0:1 hesablı məğlubiyyətlə üzləşiblər.

 

Matçdan sonra mətbuat konfransı keçirən Abdullayev bunları deyib: “Çoxlu epizodlardan istifadə edə bilmədik. Yekunda da uduzduq”.

 

- Edson Kastilyanın çıxışından razısızmı?

- Onun “Neftçi” ilə 2 illik müqaviləsi var. Üstəlik, 21 yaşı var. Pis futbolçu deyil, qabında nəsə var.

 

- Tərlan Əhmədovun “Neftçi”yə qarşı xüsusi hazırlaşdığını hiss etdinizmi?

- Mən oyun ərzində ona baxmırdım axı. Bu sualı Tərlan müəllimə versəniz, yaxşı olar.

 

- AZAL-dakı futbolçular sizdə olsaydı, bu “Neftçi”yə qalib gələ bilərdizmi?

- Bir oyunla nəsə demək olmur. Keçən tur biz “Zirə”yə qalib gəldik. Amma bu o demək deyil ki, biz onlardan güclüyük. Onlardan qat-qat zəifik. Hər şey büdcə ilə bağlı deyil.

 

- Qarşıdan qış toplanışı gəlir. Planlarınız nədən ibarətdi?

- Ayın 4-dən 21-nə qədər Antalyada olacağıq. Orda 5 oyun keçirəcəyik. İlk görüşümüz ayın 8-də “Sivasspor”a qarşı olacaq. Sonrakı oyunları 12, 16 və 19 dekabra planlaşdırmışıq. 19-da 2 oyun keçirmək istəyirik.(Apasport)