“Qəbələ”nin futbolçusu 100-ə çatdı

Topaz Premyer Liqasının XIV turunun “Kəpəz”lə ev oyunu “Qəbələ”nin futbolçusu Rafael Santos üçün əlamətdar olub. Olimpsport.az "Apasport"a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi “qırmızı-qaralar”ın heyətində 100-cü rəsmi matçını keçirib.

 

Komandanın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün fasiləsindən sonra meydana çıxan cənubi amerikalı “Qəbələ”nin tarixinə 100 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb.

 

Ona qədər yalnız 4 futbolçu bu qədər matçda “qırmızı-qara” forma geyinib.

 

Bunlar Dodo (161), Ürfan Abbasov (144), Viktor Mendi (127) və Samir Zərgərovdur (122).

 

2014-cü il fevralın 2-də keçirilən Premyer Liqanın  “Sumqayıt” – “Qəbələ” matçında (0:3) ilk dəfə “Qəbələ”nin formasını geyinən Rafael “qırmızı-qaralar”ın heyətində 100 oyunda 8577 dəqiqə meydanda olub.

 

Hesabında 2 qol və 21 sarı vərəqə olan müdafiəçi 1 avtoqola da üzülüb. O, ölkə çempionatında 69, kubokda 11, UEFA Avropa Liqasında 20 matç keçirib.

 

 

mövsüm

turnir

oyun

dəqiqə

qol

sarı

qırmızı

2013/14

çempionat

15

1334

0

1

0

2013/14

kubok

3

300

0

1

0

2014/15

UEFA Avropa Liqası

2

180

0

0

0

2014/15

çempionat

28

2492

0

3

0

2014/15

kubok

3

270

0

1

0

2015/16

UEFA Avropa Liqası

10

900

0

3

0

2015/16

çempionat

20

1780

2

6

0

2015/16

kubok

3

195

0

1

0

2016/17

UEFA Avropa Liqası

8

511

0

0

0

2016/17

çempionat

6

450

0

4

0

2016/17

kubok

2

165

0

1

0

 

Cəmi 

100

8577

2

21

0