“Qarabağ”ın 5-ci uğuru

Topaz Premyer Liqasının 2016/17 mövsümünün “qış çempionu” olan “Qarabağ” tarixində 5-ci dəfə bu ada yiyələnib. Olimpsport.az xəbər verir ki, 2013/14 mövsümündən başlayaraq ardıcıl 4-cü dəfə fasiləyə hamıdan öndə yollanan əyalət klubunun ilk belə uğuru 12 il əvvələ təsadüf edib.

 

Ağdamlılar 2004/05 mövsümünün də ilk yarısını zirvədə başa vurub. “Ağ-göylər” bu göstəricidə yalnız “Neftçi”dən geri qalır. Bakılılar 7 dəfə yeni ili lider kimi qarşılayıb.

 

Ümumiyyətlə isə 9 komanda “qış çempionu” adını qazanıb. “Neftçi” və “Qarabağ”dan başqa, “İnter”lə “Kəpəz” hərəyə 3, AZAL (“Olimpik” adlandığı vaxt), “Xəzər Lənkəran”, “Karvan”, “Xəzri” və “Şəmkir” hərəyə 1 dəfə bunu bacarıb.

 

Qeyd edək ki, 2001/02 mövsümü yarımçıq qalsa da, “qış çempionu” müəyyənləşəndən sonra dayandırılıb. “Yaz-payız” sistemi ilə keçirilən ilk iki mövsümdə isə qış fasiləsi olmayıb.(Apasport)

 

mövsüm

qış çempionları

1993/94

“Kəpəz”

1994/95

“Neftçi”

1995/96

“Xəzri”

1996/97

“Neftçi”

1997/98

“Kəpəz”

1998/99

“Kəpəz”

1999/2000

“Şəmkir”

2000/01

“Neftçi”

2001/02

“Neftçi”

2003/04

“Neftçi”

2004/05

“Qarabağ”

2005/06

“Karvan”

2006/07

"Xəzər Lənkəran"

2007/08

"Olimpik"

2008/09

“İnter”

2009/10

“İnter”

2010/11

“Neftçi”

2011/12

“Neftçi”

2012/13

“İnter”

2013/14

“Qarabağ”

2014/15

“Qarabağ”

2015/16

“Qarabağ”

2016/17

“Qarabağ”