"Sumqayıt" 2 futbolçu ilə yolları ayırdı

Qış fasiləsinə dördüncü pillədə yollanan "Sumqayıt" iki futbolçusu ilə yollarını ayırıb.

 

Olimpsport.az xəbər verir ki, göndərilən futbolçular Afşin İsmailzadə və İbrahim Abednejaddır . İranlı futbolçuların çıxışı komandanın baş məşqçisi Samir Abasovu qane etmədiyi üçün komandadan göndəriliblər.

 

Qeyd edək ki, hər iki futbolçu mövsümün əvvəlindən "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışırdı.