"İlin ən yaxşıları" bəlli oldu

İdman Araşdırmalar Mərkəzi (İAM) “İlin qalibləri-2016” layihəsinə yekun vurub. 

 

Olimpsport.az xəbər verir ki, “Boulevard Hotel Baku”da keçirilən mərasimdə qaliblərin adları açıqlanıb.

 

 

 

İlin idman xadimi - Kəmaləddin Heydərov (Azərbaycan Boks Federasiyası və Azərbaycan Taekvondo Federasiyasının prezidenti)
İlin futbolçusu - Rəşad Sadıqov (“Qarabağ”)
İlin futbol üzrə baş məşqçisi - Qurban Qurbanov (“Qarabağ”)
İlin futbol üzrə komandası – Azərbaycan millisi
İlin idmançısı - Radik İsayev (taekvondo)
İlin digər idman növlərində baş məşqçisi - Reza Mehmandost (taekvondo yığması)
İlin komandası – taekvondo yığması
İlin əcnəbi idmançısı – Ansi Aqolli ("Qarabağ")
İlin futbol üzrə mətbuat katibi – Aslan Şahgəldiyev (Peşəkar Futbol Liqası)
İlin digər idman növləri üzrə mətbuat katibi – Pərviz Musayev (Velosiped İdmanı Federasiyası)
İlin fəal meneceri – Vaqif Heydərli
İlin uğurlu KİV layihəsi – AFFA-nın yanında Media Komitəsi

Media ilə sıx və səmərəli əməkdaşlığa görə - Bakı Olimpiya Stadionunun mətbuat katibi Cəmilə Mehdiyeva
Rio-2016 Yay Olimpiya Oyunlarındakı səmərəli fəaliyyətinə görə - Səmayə Məmmədova
İlin fəal operatoru - Anar İbrahimov
İlin jurnalisti - Sərxan Musalı
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək təşkilatçılığına görə - Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi