""Qarabağ"da özümü legioner hesab etməmişəm" - Aqolli

İdman Araşdırmalar Mərkəzi tərəfindən idman jurnalistləri arasında keçirilən sorğuda "Qarabağ"ın futbolçusu  Ansi Aqolli "ilin ən yaxşı əcnəbi futbolçusu" mükafatına layiq görülüb.

Olimpsport.az xəbər verir ki, Ansi Aqolli mükafat haqda klub saytına öz fikirlərini bildirib:

"Mənim üçün bu mükafata layiq görülmək böyük şərəfdir. "Qarabağ"a gəldiyim ilk gündən indiyə qədər özümü legioner kimi hesab etməmişəm. Buna görə də baş məşqçimiz Qurban Qurbanov, klub rəhbərliyi, komanda yoldaşlarım və azarkeşlərimizə təşəkkür edirem. Ölkəmdən kənarda oynamağıma baxmayaraq özümü həmişə öz evimdə hiss etmişəm. Bu mükafatı baş məşqçimiz, klubumuzda çalışan hər bir kəs və azarkeşlərlə paylaşmaq istıyirəm. Məni bu mükafata layiq gördüklərinə görə də jurnalistlərə təşəkkür edirəm".