Çempionatın ən intizamlı komandası isə “Sumqayıt”dı

Topaz Premyer Liqasında 2016/17 mövsümünün ilk yarısında hakimlər tərəfindən göstərilən vərəqə sayı bəlli olub. Olimpsport.az xəbər verir ki, iki dövrənin 14 turunun 56 qarşılaşmasında 238 sarı və 12 qırmızı vərəqə göstərilib.

 

Sonradan qırmızı rəngə çevrilən sarı vərəqələr nəzərə alınmasa, 238 xəbərdarlıqdan ən çoxu “İnter”in payına düşür. “Bankirlər” 50 dəfə bu yolla cəzalanıb. Hesabında 1 qırmızı da olan paytaxt təmsilçisi cərimə xallarına əsasən mövsümün ən intizamsızıdı. Belə ki, qaydalarda 1 qırmızı vərəqə 3, sarı vərəqə 1 cərimə xalı kimi qiymətləndirilir.

 

Çempionatın ən intizamlı komandası isə “Sumqayıt”dı. 21 xəbərdarlıq alan “Gənclik şəhəri” təmsilçisinin üzvləri meydandan qovulmayıb. Ümumiyyətlə “Sumqayıt” və “Zirə”dən başqa bütün komandalar hakimlərin sərt üzünə tuş gəlib. “Kəpəz”, “Neftçi” və AZAL-ın oyunçuları daha çox – 3 dəfə qırmızı vərəqə alıb.(Apasport)

 

yer

klub

sarı

qırmızı

xal

1

Sumqayıt

21

0

21

2

Qarabağ

21

1

24

3

Neftçi

17

3

26

4

Qəbələ

30

1

33

5

Kəpəz

26

3

35

6

Zirə

37

0

37

7

AZAL

36

3

45

8

İnter

50

1

53

 

Cəmi

235

12

271