"26-cı dəqiqə"

"CBC Sport" telekanalı milli komandamızın İsveçrə üzərindəki tarixi qələbəsi barədə film çəkib. Olimpsport.az xəbər verir ki, filmdə həmin tarixi qələbənin memarlari baş rollardadılar.

"26-cı dəqiqə" adlanan filmin təqdimat mərasimi dekabırın 23-də, saat 16:30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqdimat mərasiminə futbol veteranları, jurnalistlər və azarkeşlər dəvət olunublar.

Xatırladaq ki, millimiz 1996-cı ilin avqustunda İsveçrəni Bakıda 1:0 hesabıyla məğlub etmişdi. Yeganə qolumuza 26-cı dəqiqədə Vidadi Rzayev imza atıb. Bu il həmin qələbənin 20 illik yubileyidir.