Azərbaycan kubokunda 1/2 finalçıların adına aydınlıq gələcək

Bu gün Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları keçiriləcək. 

Olimpsport.az xəbər verir ki, bu qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gələcək. İlk oyunlardan sonra "Qarabağ"la "Neftçi"nin şansları yüksək qiymətləndirilir. Hər halda, "Sumqayıt"ın "Qarabağ"dan 6 qolluq məğlubiyyətin əvəzini çıxması inandırıcı görünmür.

Bir həftə əvvəl 0:3 hesabıyla uduzan "Zirə"nin də işi çətindi. "Neftçi" artıq əvvəlki kimi əzəmətli olmasa da, Adil Şükürovun vədinin komandasının 4 cavabsız qol vuracağı real görünmür.

"İnter" ilk oyunda "Kəpəz" sərfəli hesabla məğlub edib. Zaur Svanadzenin yetirmələri Gəncə stadionunda bu üstünlüyünü qorusa növbəti mərhələyə adını yazdıra bilər.

Qəbələdə vurduğu qolla ümidlənən AZAL-a yarımfinala adlamaq üçün  1:0 hesablı qələbə kifayətdi. Amma "Qəbələ"nin ilin son qarşılaşmasında uduzmaq, kubokla ekrən vidalaşmaq fikri yoxdu.



Azərbaycan kuboku
1/4 final, cavab qarşılaşmaları
21 dekabr (çərşənbə)


13:00. "Kəpəz” – "İnter”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov 
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
İlk oyun – 0:2
Gəncə şəhər stadionu
 
15:00. "Sumqayıt” – "Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
İlk oyun – 0:6
"Kapital Bank Arena"

16:00. AZAL – "Qəbələ”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
İlk oyun – 1:2
"AZAL Arena” ("CBC Sport”, canlı)
 
17:00. "Neftçi” – "Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
İlk oyun – 3:0
"Bakcell Arena"