TPL: İlk yarısının ən intizamsız oyunçuları

Topaz Premyer Liqasında mövsümün ilk yarısının ən intizamsız oyunçularının adları bəlli olub. Olimpsport.az saytının məlumatına görə, arxada qalan 14 turda ən çox vərəqə alan futbolçu Vüqar Mustafayevdi.

 

“Zirə”nin üzvü 8 sarı vərəqə almaqla, iki dəfə cəzalı duruma düşüb. O, limiti iki dəfə dolduran yeganə oyunçudu.

 

“Kəpəz”in legioneri Renan Silva da 8 dəfə önündə vərəqə görüb. Lakin bunlardan ikisi qırmızıya çevrilən sarı, biri isə qırmızı olub. O, daha 5 qarşılaşmada xəbərdarlıq alıb. Qırmızı vərəqə alan digər futbolçular daha az oyunda xəbərdarlığa layiq görülüb.

 

Üç futbolçu isə hərəyə 5 sarı vərəqə ilə cəzalanıb. Bunlar Tərlan Quliyev və Zurab Xizanişvili (hər ikisi “İnter”) ilə Serjio Kostadı (“Kəpəz”).

 mənbə:Apasport.az