UEFA ciddi xəbərdarlıq etdi: Sanksiyalar ağır olacaq!

UEFA Xorvatiyaya sonuncu xəbərdarlıq edib. Olimpsport.az xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksandr Çeferin açıqlama verib.

 

Belə ki, bu ölkənin futbol azarkeşləri davamlı olaraq rasist və nasist şüarlar səsləndirdiyi üçün federasiya bir neçə dəfə ağır cəzalarla üz-üzə qalıb.

 

Bu dəfə isə UEFA prezidenti ölkənin baş nazirinə və federasiya rəhbərliyinə müraciət edərək əgər belə halların təkrarlanması olarsa, Xorvatiyanın ciddi sanksiyalarla üz-üzə qala biləcəklərini bildirib: “Təssüf ki, Xorvatiya futbolu təkcə möhtəşəm futbolçular yetişdirmir, həm də həlli müşkül olan problemlər də yaradır. Onlardan biri də azarkeşlərin davranışlarıdır. Mən artıq bununla bağlı ölkə rəsmilərini məlumatlandırmışam”.

 

Qeyd edək ki, bu il xorvat azarkeşlər bir neçə dəfə meydana fişəng atdıqları və rasist şüarlar qışqırdıqları üçün cəzaya məruz qalıblar.(Apasport)