“Qəbələ”nin Türkiyədə qarşılaşacağı rəqiblər bilindi

Qış fasiləsinə 2-ci pillədə yollanan “Qəbələ” hazırlığı Antalyada davam etdirəcək. Olimpsport.az xəbər verir ki,  “qırmızı-qaralar” “Qloriya” otelində məskunlaşacaq.

 

Komandanın meneceri Sebuhi Səfiyarlının sözlərinə görə yanvarın 9-dan 25-dək 5 yoxlama oyunu keçirməyi hədəfləyən qəbələlilərin 2 rəqibinin adına da aydınlıq gəlib. Belə ki, yanvarın 18-də Rumıniyanın “Qaz Metan” klubuyla gücünü sınayacaq “Qəbələ” bir həftə sonra Makedoniya “Şkendiya”sıyla oynayacaq. Qalan rəqiblərin kimliyi yaxın günlərdə bilinəcək.