"Kəpəz" "İnter"ə qarşı - heyətlər

Bu gün Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları keçiriləcək. 

Olimpsport.az
xəbər verir ki, bu qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gələcək."İnter" ilk oyunda "Kəpəz" sərfəli hesabla məğlub edib. Zaur Svanadzenin yetirmələri Gəncə stadionunda bu üstünlüyünü qorusa növbəti mərhələyə adını yazdıra bilər.

 

Azərbaycan Kuboku
1/4 final

21 dekabr

13:00. “Kəpəz” - “İnter”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov.
Gəncə şəhər stadionu.
İlk oyun: 0:2.

“Kəpəz”: 88. Tadas Simaitis, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov (k), 23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 77. Serjinyo, 80. Tural Rzayev, 19. Orxan Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 17. Nicat Qurbanov, 7. Vüqar Bəybalayev, 18. Tural Axundov, 10. Dario Federiko, 9. Tural Qürbətov, 16. Emin Zamanov.
Baş məşqçi: Şahin Diniyev.
“İnter”: 1. Səlahət Ağayev (k), 33. Tərlan Quliyev, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 22. İlkin Qırtımov, 55. Ağabala Ramazanov, 6. Samir Zərgərov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 17. Abbas Hüseynov, 2. Sertan Taşkın, 19. Mirhüseyn Seyidov.
Baş məşqçi: Zaur Svanadze.