İkinci het-trik

Azərbaycan kubokunun cari mövsümündə 2-ci het-trik qeydə alınıb. Olimpsport.az saytının məlumatına görə, bu hadisə 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” matçında yaşayıb.

 

Qonaqların 5:2 hesabı ilə qələbə qazandığı matçda 3 qol vuran Namiq Ələsgərov mövsümün ikinci het-trikinin müəllifi olub. Maraqlıdı ki, ilk belə hal da qonaqların uğuru sayəsində gerçəkləşmişdi.

 

Həmin uğura “Neftçi”nin üzvü Jonas Pesalli imza atmışdı. O, 1/4 finalın ilk oyununda “Zirə”ni təkbaşına keçmişdi – 3:0.