"Ağır bir ili birlikdə geridə qoyduq" - Qurban Qurbanov

“Maraqlı oyun oldu. Bu gün futbolçularımın istəkli olması vacib idi, meydanda da bunun şahidi oldum”. Olimpsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında Ağdam təmsilçisi səfərdə “Sumqayıt”a 5:2 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqəni təmin edib.

 

Qurbanov oyun sonrası mətbuat konfransında bildirib ki, 2016-cı il onlar üçün təcrübə ili olub: “Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı. Futbolçularıma təşəkkür edirəm, ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün təcrübə ili oldu. Sonda hər birinizə xoş istirahətlər arzulayıram”.

 

Qeyd edək ki, “Qarabağ” ilk matçda 6:0 hesablı qələbəyə sevinmişdi.