"Kubokda dayanmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq" - Adil Şükürov

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi"nin qonağı olan "Zirə" 2:1 hesablı qələbə qazansa da, 2 oyunun nəticəsinə görə mübarizəni dayandırıb.

 

Olimpsport.az saytının məlumatına görə, matçdan sonra mətbuat konfransı keçirən Şükürov bunları deyib: "Neftçi"ni təbrik edirəm. İki oyunun nəticəsinə görə qalib gəlib, yarımfinala çıxdı. Komanda qələbə üçün əlindən gələni etdi. Bəzi nüanslar var ki, bizə mane oldu. Kubokda dayanmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq".

 

- "Zirə"nin azsaylı azarkeşləri sizi istefaya səslədilər...

- Bu il azarkeşlər daha çox şey gözləyirlər. Amma bizi bura gətirən rəhbərlik var. Mən də etimadı doğrultmağa çalışıram. Düzdü, son vaxtlar stabil çıxış etmirik. Bunu düzəltməyə çalışacağıq.

 

- Qış fasiləsində kimlərlə yolları ayırıb, kimləri komandaya gətirmək fikrindəsiz?

- Bəzi planlarımız var. Çalışacağıq ki, onları həyata keçirək. Amma kimləri göndərib, kimləri gətirəcəyimizi demək hələ tezdi.