“Əvvəlki Cavidi görməyiniz üçün...” – Cavid Hüseynov

“Bu gün ən yaxşı formada olan iki komanda varsa, onun biri “İnter”di. Çox hərtərəfli oynayırlar, bütün mövqelərdə güclü oyunçuları var”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin oyunçusu Cavid Hüseynov deyib.

 

Azərbaycan kubokunun yarımfinal mərhələsində “İnter”lə qarşılaşacaq “qırmızı-qaralar”ın yarımmüdafiəçisi püşkün nəticəsini dəyərləndirib və öz çıxışı haqqında danışıb: “Yaxşı mübarizə olacaq. Çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq. Artıq komandaya tam uyğunlaşmışam. Formamı bərpa edirəm, məşqçi nə vaxt şans versə, onda da meydana çıxmağa hazıram. İlin son oyunu idi, təlim-məşq toplanışından sonra, ümid edirəm ki, tam oynaya biləcəm. Əvvəlki Cavidi görməyiniz üçün mənə bircə toplanış kifayət edəcək”.(Apasport.az)