Azərbaycan millisindən görünməmiş nəticə
Bu gün açıqlanan FİFA reytinqində 90-cı pillədə qərarlaşan Azərbaycan millisi tarixi nailiyyətə imza atıb. Olimopsport.az Apasport.az saytınına istinadən xəbər verir ki, yığmamız indiyədək heç vaxt ili belə yüksək pillədə tamamlamamışdı.
İlk dəfə 1994-cü ildə siyahıda yer alan yığmamızın əvvəlki rekordu 3 il əvvəl qeydə alınmışdı. Berti Foqtsun baş məşqçi kimi çalışdığı 2013-cü ildə planetin 94-cüsü olan millinin həmin göstəricisini Robert Prosineçkinin yetirmələri 4 pillə yaxşılaşdırıb.
Tarixdəki 3-cü nəticəmiz isə 1999-cu ilə məxsusdu. Həmin vaxt komandamız dünyanın 97-cisi olub.
Ümumilikdə isə 23 ildən yalnız beşində komandamız ilk “100-lük”də yer alıb. Sonuncu belə uğur 3 il öncə yaşanmışdı. 2013-cü ili 98-ci pillədə tamamlayan futbolçularımız 14 ildən sonra “Top-100”ə dönmüşdü. Beş belə nəticəmizdən birincisi isə 1998-ci ildəki 99-cu yer olub.
Komandamızın daha bir nailiyyəti isə ötən ilin müvafiq dövrü ilə müqayisədəki irəliləyişlə bağlıdı. Bir il öncə 117-ci sırada qərarlaşan yığma 12 ayda 27 pillə irəliləməyi bacarıb. Bu da futbolumuz üçün mütləq rekorddu.
Bunadək rekord 24-ə bərabər idi. 1997-ci ili 123-cü kimi bitirən yığma 1 il sonra 99-cu olmuşdu. Həmin rekord 2013-cü ildə də təkrarlanıb. 2012-ci ilin 118-cisi olan yığma 94-cü yerədək sıçrayış edib.
1994 |
147 |
1995 |
141 |
1996 |
125 |
1997 |
123 |
1998 |
99 |
1999 |
97 |
2000 |
115 |
2001 |
113 |
2002 |
113 |
2003 |
119 |
2004 |
113 |
2005 |
114 |
2006 |
125 |
2007 |
115 |
2008 |
134 |
2009 |
114 |
2010 |
98 |
2011 |
112 |
2012 |
118 |
2013 |
94 |
2014 |
135 |
2015 |
117 |
2016 |
90 |