AFFA İntizam Komitəsi 3 komandaya texniki məğlubiyyət verib

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Olimpsport.az xəbər verir ki, İK Topaz Premyer Liqası və ölkə kuboku matçları ilə yanaşı, aşağı yaş qrupundakı qarşılaşmalarda qeydə alınan neqativ hallara da hüquqi qiymət verib.

 

Qurum konkret olaraq 3 komandaya texniki məğlubiyyət verib. Belə ki, U-15 Liqasının “Şəmkir” – “Qarabağ”, U-11 Liqasının isə “Bakı” – “Neftçi” və “Gənclik” UGİM (Gəncə) – “Azəri” TİM (Gəncə) matçlarına meydan sahibi olan komandalar çıxmayıblar.

 

Nəticədə həm “Şəmkir”, həm “Bakı”, həm də “Gənclik” UGİM-ə 0:3 hesablı texniki məğlubiyyət verilib.