"İnter"in yeni prezidenti rəsmən açıqlandı

Bakının "İnter" klubunun yeni prezidentinin adı rəsmən açıqlanıb.

 

Olimpsport.az xəbər verir ki bu barədə paytaxt klubunun saytında məlumat yer alıb.

 

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin qərarına əsasən, Azər Əliyev "İnter” PİK-in prezidenti vəzifəsinə təyin edilib.

 

1977-ci il təvəllüdlü Azər Əliyevin son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsi rəisinin müavini vəzifəsi olub. O, ictimai fəaliyyət kimi 2010-cu ildə Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti vəzifəsində də çalışıb, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyası ilə əməkdaşlıq edir.