Riçard Almeyda İtaliyada oynaya bilər

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda gələn ay, qış transfer pəncərəsi dönəmində “Qarabağ”ı  tərk edə bilər.

Olimpsport.az Qol.az-a istinadən xəbər verir ki, bu haqda İtaliyanın “Tuttomercatoweb” saytına futbolçunun agenti Qaetano Montalban məlumat verib. O bildirib ki, Riçard Almeydaya Avropadan çoxsaylı təkliflər var: “Onlardan ikisi İtaliya A seriyasında yarışan klublardır. Bu ilin yayında Almeyda bu klublardan birinə keçə bilərdi. Amma alınmadı. Buna baxmayaraq, həmin klublar indiyədək Almeydanın oyununu izləməkdə davam edirlər”.

FİFA meneceri R.Almeydanın "Qarabağ"ın uğurlarında böyük xidmətləri olduğunu bildirib. Braziliyalı futbolçunun futbolçu özəlliyi haqda ətraflı danışan Qaetano Montalban bildirib ki, "Qarabağ"ın Avroliqanın qrupuna düşməsində Almeydanın də böyük köməyi olub.

O bildirib ki, artıq gələn ay Almeydanın İtaliya A seriyasına transferi baş tuta bilər. Qaetano Montalban həmin klubların adlarını açıqlamayıb.