Dinonun CAR millisində oynamaqdan imtina etməsinə səbəb olan məşqçi qovuldu

CAR millisinin baş məşqçisi Efraim Maşaba istefaya göndərilib.

Olimpsport.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Maşaba noyabrın əvvəlində qeyri-müəyyən müddətə işindən uzaqlaşdırılmışdı. Bunu səbəbi DÇ-2018-in seçmə mərhələsində Seneqalla oyundan (2:1) sonra 56 yaşlı mütəxəsis tərəfindən CAR Futbol Federasiyasına səslənən tənqidlər idi.

Qeyd edək ki, "Qarabağ"ın hücumçusu Dino Ndlovu məhz bu baş məşqçiyə görə CAR millisində oynamaqdan imtina etmişdi.