“Emin Mahmudovdan möhtəşəm start”

Portuqaliya Premyer Liqasının XV turunda “Nasional”la qarşılaşan “Boavişta” 2:0 hesablı qələbəyə sevinib. Olimpsport.az xəbər verir ki, matçın ən yaxşı oyunçusu Emin Mahmudov seçilib.

 

Bu barədə klubun sosial şəbəkə hesabından məlumat verilib. “Emin Mahmudovdan möhtəşəm start” başlığı ilə verilən xəbərdə həmyerlimizin oyun ərzindəki statistikası əks etdirilib.

 

İlk dəfə “damalılar”ın heyətində meydana çıxan millimizin üzvü görüşün 11-ci dəqiqəsində hesabı açıb. Bundan əlavə o, 3 dəfə təhlükəli ötürmə ilə yadda qalıb. 78% ötürmə dəqiqliyi ilə oynayan gənc oyunçu 7 dəfə də rəqibdən top “oğurlayıb”.

 

Qeyd edək ki, görüş “Boavişta”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.