“26-cı dəqiqə”: tarixi qələbəyə həsr olunan filmin təqdimatı keçirildi

Bu gün Bakı Olimpiya Stadionunun konfrans zalında CBC Sport telekanalının hazırladığı "26-cı dəqiqə" filminin təqdimat mərasimi keçirilib. Olimpsport.az xəbər verir ki, film futbol üzrə milli komandamızın 1996-cı ildə dünya çempionatının seçmə mərhələsində İsveçrə üzərində qələbəsinə (1:0) həsr olunub.

Tədbiri açıq elan edən CBC Sport-un baş direktoru Volkan Üst iştirakçıları salamlayıb və filmin yaradıcı heyətini səhnəyə dəvət edib. Tarixi qələbəmizin 20 illiyinə həsr olunan "26-cı dəqiqə" filminin layihə rəhbəri, müxtəlif beynəlxalq festivalların laureatı Azər Cavad Əliyev və müəllif Vəfa Ağabalayeva filmin necə ərsəyə gəlməsindən danışıblar.

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, 1996-cı ildə federasiya prezidenti olan Fuad Musayev, milli komandamızın sabiq baş məşqçisi Kazbek Tuayev, veteran futbolçular - Tərlan Əhmədov, Yunis Hüseynov, Vidadi Rzayev, Arif Əsədov, Samir Ələkbərov, İqor Getman və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən sonra AFFA-nın baş katibi Elxan Məmmədov, Fuad Musayev, Kazbek Tusayev və veteran futbolçular təəssüratlarını bölüşüblər.

AFFA-nın baş katibi Elxan Məmmədov üzərində 31 avqust 1996-cı il, 19:26 yazılan saatları  yığmamızın üzvlərinə, məşqçilər heyətinə və o dövrün federasiya rəsmilərinə təqdim eduib,