“Qarabağ”ın qış planları məlumdu

Qış fasiləsini Antalyada keçirəcək “Qarabağ”ın planlarına böyük ölçüdə aydınlıq gəlib. Olimpsport.az xəbər verir ki, yanvarın 5-də qardaş ölkəyə yollanacaq ağdamlıların səfəri həmin ayın 23-də başa çatacaq.
 
Türkiyədə olduğu müddətdə 4 hazırlıq matçı keçirməyi planlaşdıran Qurban Qurbanovun yetirmələrinin oyunlarının tarixi bəlli olsa da, hələlik sınaqçı rəqiblərin kimliyi tam dəqiqləşməyib.
 
Belə ki, yanvarın 15, 18 və 22-də meydana çıxacaq Azərbaycan çempionu vətənə dönməzdən əvvəlki son gündə iki oyun keçirəcək.
 
Bir neçə gün əvvəl baş məşqçi Qurban Qurbanov “Qarabağ”ın rəqiblərindən birinin Rumıniya təmsilçisi olacağını mətbuata açıqlamışdı.