Ələsgərov “9”, Navalovski isə “29”u seçdi

“Neftçi”nin yeni futbolçuları Namiq Ələsgərov və Georgi Navalovski ilk seçimlərini ediblər. Olimpsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

 

Hər iki transferi rəsmən təsdiqləyən “ağ-qaralar”ın yeni üzvlərinin hansı nömrəli formanı geyinəcəyi bəlli olub.

 

Ələsgərov “9”, Navalovski isə “29”u seçib.

 

Qeyd edək ki, Ələsgərov “Neftçi”yə “Qarabağ”dan, Navalovski isə Yunanıstanın “Veria” klubundan keçib.