Vaqif Cavadov "Sumqayıt"dan ayrıldı

“Sumqayıt” daha bir futbolçu ilə yollarını ayırıb. Olimpsport.az xəbər verir ki, bu barədə klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

 

O bildirib ki, “gənclik şəhəri” təmsilçisi yarımmüdafiəçi Vaqif Cavadovla sağollaşıb: “Vaqiflə bu gün görüşdük, söhbətimiz oldu. Bundan əvvəl o, baş məşqçi Samir Abasovla danışmışdı. Müqavilədə yer alan bəndlərdən birinə əsasən, yollarımızı ayırmağı qərara aldıq. Vaqifin klubla mövsümün sonuna qədər sözləşməsi var idi. Lakin hər iki tərəfin razılığı ilə anlaşmaya bu gün xitam verildi”.

 

Qeyd edək ki, Vaqif Cavadov bu mövsüm Topaz Premyer Liqasında 13 oyun keçirib, 3 qola imza atıb.