"Trabzonspor" Şeydayevi göndərmək qərarı verdi

"Trabzonspor" klubunun idarə heyətinin fövqəladə iclası keçirilib.

Olimpsport.az xəbər verir ki bu barədə "Lig TV" xəbər yayıb. Məlumata görə klub prezident Muharrem Usta, baş məşqçisi Ərsun Yanalın da iştirak etdiyi iclasda komandanın mövsümün ilk yarısındakı çıxışı müzakirə olunub.

Bundan başqa, klubun transfer planları barədə fikir mübadiləsi aparılıb.

İclasda millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırmaq məsələsi də müzakirə olunub. Qış fasiləsində komandadan Şeydayevlə yanaşı, Hun Yun Suk, Luis İbenez, Güray Vural və Muhammet Demirin göndərilməsinə qərar verilib.