Reynaldo "Qarabağ"da qalacaq

Bir neçə gündür ki, "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldonun "Neftçi"yə keçməsi barədə müxtəlif fikirlər səslənir.

Olimpsport.az xəbər verir ki, bununla bağlı CBC Sport-a açıqlama verən "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu məsələyə aydınlıq gətirib. Reynaldonun 2018-ci ilə qədər Ağdam klubu ilə müqaviləsinin olduğu bildirən İbrahimov braziliyalının klubdan ayrılmasının gündəmdə olmadığını qeyd edib.