Ağabala Ramazanov “Neftçi”dən təklif aldığını təsdiqlədi

Qış transfer dövründə ən fəal klubu “Neftçi”dir.

 

Olimpsport.az xəbər verir ki, Namiq Ələsgərov və Georgi Navalovski ilə müqavilə bağlayan “ağ-qaralar” indi də “İnter”in hücumçusu Ağabala Ramazanova göz dikib.  Artıq futbolçuya rəsmi təklif də irəli sürülüb. Saytımıza açıqlama verən Ramazanov özü də xəbəri təsdiqlədi: “Hələ ki, konkret bir şey yoxdu. “Neftçi”dən təklif var. Menecerimlə əlaqə saxlayıblar. “Neftçi”dən başqa 2 yerli, 2 əcnəbi klubdan təklifim var. Düzdü, bu haqda danışmaq istəmirəm. Çünki “İnter”lə 6 aylıq müqaviləm var. Yaxın 1-2 gündə klub rəhbərliyi ilə danışacam, bundan sonra komandadan gedib-getməyəcəyim bəlli olacaq”. Qeyd edək ki, Ramazanov cari mövsümün əvvəlindən “bankirlər”in şərəfini qoruyur. 

 

mənbə:futbolinfo.az