Elnur Cəfərov Xorvatiya klubundan ayrılır? - AÇIQLAMA

Elnur Cəfərovun Xorvatiyanın "Duqopolje" klubundakı taleyinə aydınlıq gəlib.

 

Olimpsport.az xəbər verir ki, bu barədə milli komandamızın adminstartoru Riad Rəfiyev məlumat verib.

 

Riad Rəfiyev bildirib ki, Elnur mövsümün sonuna qədər "Duqopolje"də qalacaq. Ondan sonra isə futbolçunun gələcək karyerası ilə bağlı qərar verilicək.

 

Qeyd edək ki, 19 yaşlı hücumçu Xorvatiya klubunda 8 oyuna çıxıb və 213 dəqiqə oynayıb.

mənbə:fanat.az