Reynaldo və Vaqif Cavadov "Neftçi"ni maraqlandırmır!

"Neftçi" qış transfer dönəmində heyətini gücləndirməyə davam edir. Olimpsport.az xəbər verir ki, bakılılar artıq iki futbolçu - Namiq Ələsgərov və George Navalovski ilə münasibətləri rəsmiləşdirib.

Sözsüz ki, mövsümün qalan hissəsində daha uğurlu çıxış etmək istəyən "ağ-qaralar", təkcə bu transferlərlə kifayətlənməyəcək. Yayılan məlumata görə, bakılılar "Qarabağ"dan Reynaldonu icarəyə götürməklə yanaşı, "Sumqayıt"dan ayrılan Vaqif Cavadovu da heyətə cəlb etməkdə maraqlıdı.

Məsələnin nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadə ilə əlaqə saxladıq. O isə konkret olaraq Reynaldo və Vaqif Cavadovla maraqlanmadıqlarını bildirdi.

 

mənbə:futbol11.az