"“Neftçi” azarkeşləri möhtəşəm idilər" - Pesalli

“Son 3 ay ərzində “Neftçi” məni təəccübləndirib. Buna görə də, klub haqda yazmaq mənim üçün xoşdu”. Olimpsport.az saytı xəbər verir ki, bu sözlər “Neftçi”dən ayrılan Jonas Pesalliyə məxsusdu.

 

Paytaxt klubundan ayrılan braziliyalı hücumçusu sosial şəbəkə vasitəsilə “Neftçi” ilə vidalaşıb.

 

O, klub rəhbərliyi, məşqçi heyəti və azarkeşlərə minnətdarlıq edib: “Məni ən yaxşı şəkildə qarşılayan və öz evimdə olduğumu hiss etdirən hər kəsə təşəkkür etmək istəyirəm. Klubun prezidenti, direktorları və məşqçilərinə göstərdikləri etimad və hörmətə görə minnətdaram. Ümid edirəm ki, yenidən görüşəcəyik. Burda qalmağım üçün əla şərtlərin təklif olunmağına baxmayaraq, 5 illik Avropa karyerama son qoyaraq öz ölkəmə - Braziliyaya qayıtmağı seçdim. Həmçinin “Neftçi” azarkeşlərinə də təşəkkür edirəm. Möhtəşəm idilər. “Neftçi”də vurduğum 4 qolu onlara həsr edirəm”.