Rəşaddan İlqara qədər – Topaz Premyer Liqasının “xoruz”ları

Bir neçə gündən sonra qarşılayacağımız 2017-ci il “xoruz” ili olacaq. Olimpsport.az xəbər verir ki, Topaz Premyer Liqasının arxada qalan hissəsində bu heyvan ilində anadan olan 20 futbolçu çıxış edib.

 

Meydana çıxmayıb, iştirak ərizəsinə düşməklə kifayətlənənlər arasında da belələri olub.

“Xoruz” ilində anadan olanlar arasında iki futbolçu – Rəşad Abdullayevlə Zurab Xizanişvili qarşıdakı “xoruz” ilində 36 yaşını qeyd edəcək. Digər 18 nəfər isə 24 yaşını tanmamlayacaq.

 

Bu 20 futbolçu arasında ən yaşlısı da Rəşaddı. O, 1981-ci il oktyabrın 1-də anadan olub. 1993-cü il oktyabrın 6-da ad doğulan İlqar Ələkbərov isə hamıdan gəncdi. O, eyni gündə ad günü qeyd edən Xizanişvilidən 12 yaş kiçikdi.

 

“Xoruzlar”ın mövsümün ilk yarısındakı çıxışına nəzər salsaq, Nurlan Novruzovla Rəhman Hacıyev bütün oyunlarda meydana çıxıb. Ağabala Ramazanov isə hamıdan çox – 4 qol vurub.

 

klubu

futbolçu

oyun

qol

Zirə

Nurlan Novruzov

14

0

Neftçi

Rəhman Hacıyev

14

1

İnter

Ağabala Ramazanov

13

4

Sumqayıt

Ayaz Mehdiyev

13

0

Kəpəz

Kərim Diniyev

13

1

Zirə

Təmkin Xəlilzadə

13

0

İnter

Zurab Xizanişvili

13

2

Zirə

Vüqar Mustafayev

12

1

İnter

Slavik Alxasov

11

1

Sumqayıt

Amil Yunanov

10

2

AZAL

İlqar Ələkbərov

10

1

Kəpəz

Tural Rzayev

8

0

Kəpəz

Vüqar Bəybalayev

7

0

Neftçi

Murad Ağayev

6

0

AZAL

Rəşad Abdullayev

6

0

AZAL

Eltun Hüseynov

5

0

İnter

Mirsahib Abbasov

3

0

Zirə

Yasin Həmid

3

0

İnter

Orxan Sadıqlı

1

0

Sumqayıt

Vaquf Güləliyev

1

0

 

mənbə:Apasport.az