“Neftçi”nin 4 rəqibi müəyyənləşdi

“Neftçi”nin Antalyadakı təlim-məşq toplanışı zamanı yoxlama görüşündə üz-üzə gələcəyi 5 komandadan 4-nün adına aydınlıq gəlib. Olimpsport.az saytının məlumatına görə, paytaxt təmsilçisi qonşu ölkədə 5 matçda qüvvəsini sınayacaq.

 

Yanvarın 4-də Türkiyəyə yollanacaq bakılılar ilk oyunlarını ayın 8-də yerli “Sivasspor” klubuna qarşı keçirəcəklər. Baş məşqçi Elxan Abdullayev ayın 15-də “Kukesi” (Albaniya), bir gün sonra isə “Tosno” (Rusiya) ilə görüşdə yetirmələrini sınayacaq. Komanda Antalyada daha bir qarşılaşmasını yanvarın 19-da Rusiya Premyer Liqa təmsilçisi “Terek”ə qarşı keçirəcək.

 

Qeyd edək ki, yanvarın 21-dək Türkiyədə toplanışda olacaq “Neftçi”nin 5-ci rəqibinin kimliyi hələ müəyyənləşməyib.