“Prosineçki Xorvatiyanın ən güclüsüdü” – dünya çempionu

Xorvatiyalı dağ xizəkçisi İvitsa Kosteliç maraqlı açıqlaması ilə diqqət çəkib. Olimpsport.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan dünya çempionu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkini fərqləndirib.

 

Belə ki, Qış Olimpiya Oyunlarının 4 qat gümüş mükafatçısı Prosineçkini vaxtilə bir futbolçu kimi çox bəyəndiyini deyib. O, millimizin çalışdırıcısını Xorvatiyanın gəlib-keçmiş ən güclü futbolçusu adlandırıb.

 

Lionel Messi və Kriştianu Ronaldonun müqayisəsinə də toxunan Kosteliç “Barselona”nın argentinalı üzvünü daha güclü futbolçu saydığını qeyd edib.

mənbə:Apasport