“Neftçi”nin hazırlıq planında dəyişiklik edildi

Qış fasiləsini Türkiyədə keçirəcək “Neftçi”nin hazırlıq planında dəyişiklik edilib. Olimpsport.az xəbər verir ki, hələlik 4 klubla sınaq matçı oynayacağı dəqiqləşmiş “ağ-qaralar”ın görüşlərindən birinin tarixi dəyişdirilib.

 

Belə ki, paytaxt klubunun Rusiya təmsilçisi “Tosno” ilə oyunu əvvəldən nəzərdə tutulduğu kimi yanvarın 16-da deyil, bir gün sonra oynanılacaq.

 

Qeyd edək ki, yanvarın 21-dək Türkiyədə toplanışda olacaq “Neftçi”nin 5-ci rəqibinin kimliyi hələ müəyyənləşməyib.