Yığmamızın matçına biletlərin qiyməti açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də çıxış edəcəyi Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin biletləri satışa çıxarılıb. Olimpsport.az xəbər verir ki, yanvarın 8-21-də keçiriləcək turnirin biletlərinin qiymətləri kateqoriyalar üzrə dəyişir.

 

Peterburq İdman Konsert Kompleksinə adi biletlər 300 rubl (8 manat 79 qəpik) dəyərindədi. Lakin tələbələr və təqaüdçülər bunun üçün cəmi 150 rubl (4 manat 39 qəpik) ödəyə bilər. Məktəblilər cəmi 50 rublla (1 manat 46 qəpik) arenaya daxil ola bilər.

 

Bu biletlər gün ərzində bütün qarşılaşmaları izləmək üçün yetərlidi. Lakin güzəştli bilet alanlar həm kassa, həm girişdə tələbə, təqaüdçü və ya şagird olduğunu təsdiqləyən sənədi göstərməlidi.