“Xəzər Lənkəran”ın sabiq baş məşqçisindən 5 milyon tələb edirlər

Türkiyəli mütəxəssis Mustafa Dənizli həyat yoldaşı Evin Elçi ilə aralarında yaranmış problem barədə danışıb. Olimpsport.az xəbər verir ki, 6 il birgə yaşadığı Elçidən ayrı yaşayan “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı xanımının atası və qohumları tərəfindən təzyiqlərlə üzləşdiyini açıqlayıb.

 

Dənizli bildirib ki, həyat yoldaşı onu tərk edib getdikdən sonra evinə basqın edib: “O, qəfil yoxa çıxdı. Lakin yenidən peyda olaraq evimə soxuldu. Evimin qulluqçusunu belə bayıra çıxarmaq istədi. Daha sonra atası və qardaşı gəldi və məni təhdid etdilər. Bildirdilər ki, boşanmaq üçün 5 milyon lirə verməliyəm”.

 

Xanımının ailəsinin hədə-qorxusundan sonra özünü yaxşı hiss etməyən çalışdırıcı kiməsə pul ödəmək niyyətində olmadığını da deyib. Onun sözlərinə görə, həyat yoldaşı özü onu tərk etdiyi üçün hansısa məbləğdən söhbət belə gedə bilməz: “Qohumlarının evimə basqını zamanı keçilən videonu da polisə təqdim etmişəm. Hansısa günahım olmadan hücuma məruz qalmışam. Hadisədən sonra ürəyim də getmişdi. Bu səbəbdən evimə basqın edənlərin cəzalanmasını istəyirəm”.

 

Qeyd edək ki, Dənizli 2013/2014 mövsümündə “Xəzər Lənkəran”da çalışıb.

mənbə:Apasport.az