"Zirə” ilk transferini reallaşdırıb

"Zirə” klubu dövrələrarsı fasilədə ilk transferini reallaşdırıb.

Olimpsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" müdafiə xəttini gücləndirmək məqsədi ilə Sadiq Quliyevlə müqavilə imzalayıb.

Anlaşmaya əsasən, Quliyev Sadiq cari mövsümün sonuna qədər bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, Sadiq Quliyev ötən mövsüm də "Zirə"də çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu "Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad transfer kimi "qartallar”ın sıralarına qoşulub.