Bakıda 3 futbolçu dəm qazından öldü

Bakının Yasamal rayonunda mənzildə Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin meyiti tapılıb.

Olimpsport.az xəbər verir ki, onların hamısı dəm qazında boğulub. Ölən 5 nəfərdən 3-nün - Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Atanın həvəskar futbolçu olduğu müəyyənləşib.

Onlar Azərbaycanın həvəskar liqasında çıxış edən "Sabunçuspor"da oynadıqları bildirilib.

Klubdan məlumatı təsdiqləyiblər.

Ölən daha 2 nəfərin tələbə olduğu bildirilir.