"Neftçi"dən növbəti transfer

“Neftçi” transfer çalışmalarını davam etdirir. Olimpsport.az xəbər verir ki, “ağ-qaralar” çilili futbolçu İqnasio Herreranı heyətə qatıb.

 

Hücumameyilli yarımmüdafiəçi ilə 1 il müddətinə müqavilə bağlanıb.

 

Sonuncu komandası Qazaxıstanın “İrtış” klubu olmuş 29 yaşlı futbolçu indiyədək Çilinin “Reyncers”, “Huaçipato”, “Maqalyanes”, “Kobreloa”, “Deportes İkike” və İspaniyanın “Real Betis” B klublarında çıxış edib.

 

Qeyd edək ki, paytaxt klubu qış transfer pəncərəsi açılandan bəri Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan) və Zdenek Folprexti (“Slovan”, Çexiya: icarəyə) heyətə cəlb edib.