“Neftçi”də istirahət müddəti başa çatıb

Topaz Premyer Liqasında ilk iki dövrəni VII pillədə başa vuran “Neftçi”də istirahət müddəti başa çatıb. Olimpsport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gündən qış təlim-məşq toplanışına start verib.

 

Bu məqsədlə komanda Antalyaya yola düşüb. “Neftçi”nin Türkiyədə 5 yoxlama matçı keçirməsi planlaşdırılır. 4 rəqibin kimliyi bilinsə də, 5-ci komanda ilə bağlı danışıqlar hələ yekunlaşmayıb.

 

Qeyd edək ki, yanvarın 21-dək Türkiyədə təlim-məşq toplanışında olacaq “Neftçi”nin orda “Sivasspor” (Türkiyə: 8 yanvar), “Kukesi” (Albaniya: 15 yanvar), “Tosno” (Rusiya: 17 yanvar) və “Terek”lə (Rusiya: 19 yanvar) yoxlama görüşü keçirəcəyi dəqiqdi.