"Mövsümün əvvəli olsaydı, Vaqiflə maraqlana bilərdik” - Şahin Diniyev

“Vaqif Cavadov yaxşı futbolçudu. “Kəpəz”ə faydası dəyər. Amma tam səmimi deyirəm ki, yeni futbolçu götürmək büdcəmizə görə alınmır”.

 

Olimpsport.az xəbər verir ki, bu sözləri Fanat.az-a açıqlamasında “Kəpəz”in çalışdırıcısı Şahin Diniyev deyib.

 

“Sumqayıt”dan ayrılan hücumameyilli yarımmüdafiəçinin Rusiyadan Azərbaycana gəlməsində və oyunçu kimi parlamasında məlum xidmətləri olan mütəxəssis ümumiyyətlə, qışda transfer etməyəcəklərini açıqlayıb: “Bu qış yeni oyunçu haqda düşünməyəcəyik. Maya qədər indiki heyətlə davam edəcəyik. Bir daha deyirəm, mövsümün əvvəli olsaydı, Vaqiflə maraqlana bilərdik”.