"Qarabağ"ın planında dəyişiklik

"Qarabağ" sabahdan etibarən Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışına start verəcək.

 

Olimpsport.az xəbər verir ki, Qurban Qurbanovun komandası təlim-məşq toplanışında ilk yoxlama oyununu yanvarın 15-də keçirəcək. Ağdamlıların  ilk yoxlama oyununda Türkmənistanın "Aşqabad" klubu ilə qarşılaşacağı planlaşdırılsa da, Türkmənistan klubunun Antalyaya gələcəyi sual altına düşüb. Bu səbəbdən təmsilçimiz yanvarın 15-i Albaniyanın ən titullu klublarından olan "Şkenderbeu" ilə qarşılaşacaq.