Ramazanov “Qarabağ”da: Keç, Allah xeyir versin

“İnter”in hücumçusu Ağabala Ramazanov karyerasını “Qarabağ”da davam etdirəcək. Olimpsport.az xəbər verir ki, bu barədə apasport.az saytına milli komandamızın üzvünün qardaşı Zaur Ramazanov məlumat verib.

 

O bildirib ki, tərəflər arasında artıq hərtərəfli razılıq əldə edilib: “Mən Ağabalanın “Neftçi”yə keçəcəyini gözləyirdim. Sonra mənə zəng vurub soruşdu ki, “Qarabağ”dan təklif var, nə edim? Böyük qardaş kimi, məsləhətimi verdim, dedim ki, keç, Allah xeyir versin”.

 

Ramazanov qardaşının “Qarabağ”la il yarımlıq müqavilə imzalayacağını söyləyib.