"Azərbyacan millisinə azarkeşlik edirəm" - Ozobiç

"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç UEFA-nın saytına müsahibə verib.

 

Olimpsport.az həmin müsahibəni təqdim edir:

 

- İstirahətiniz necə gedir?

- Hər şey ürəyimcədi. İstirəhət zamanı özümə, ailəmə və mənə doğma olan insanlara vaxt ayırdım. Daha sonra isə fərdi məşqlərə başladım. Yanvarın 7-də milli komanda ilə birlikdə Çinə beynəlxalq turnirə yollanacam. Oradan isə Türkiyəyə, “Qəbələ”nin Antalyadakı təlim-məşq toplanışına gedəcəm.

 

- “Qəbələ”yə keçidiniz haqda məlumat verin...

- Yayda klubun baş meneceri Zaur Əzizov mənimlə əlaqə saxlamışdı. Daha sonra klub rəsmiləri menecerimlə danışıqlar aparıb, razılıq əldə etdilər. Düzü, Azərbaycan haqda kifayət qədər məlumatım yox idi. “Neftçi”nin 2011-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsində “Dinamo” ilə (Zaqreb) qarşıladığından xəbərdar idim. Bundan başqa, “Qarabağ” və “Qəbələ”nin Avrokuboklarda iştirak etdiyini də bildirdim. Azərbaycan haqda isə internetdən məlumat toplamışdım. Hər şey gözlədiyimdən də yaxşı oldu.

 

- Qafqazda yaşamaq çətin deyil?

- Azərbaycanda hər şey ürəyimcədi. Bu ölkə haqda ancaq yaxşı şeylər danışmaq olar. İnsanlar çox qonaqpərvər və istiqanlıdırlar. Mənə qarşı münasibət çox yaxşıdır. Bakı müasir və dəbdəbəli şəhərdir. Burada istirahət etmək üçün istənilən şərait var. Boş vaxt tapan kimi komanda yoldaşlarımla gəzməyə gedirik.

 

-“Qəbələ”nin bu mövsüm Avropa Liqasındakı çıxışı haqda nə deyə bilərsən? Komandanız qrupu xal qazanmadan tərk etdi...

- Əlbəttə, qrupu xalsız tərk etmək xoş hal deyil. Ancaq qəbul etməliyik ki, düşdüyümüz qrup çətin idi. Ancaq şanslarımız oldu, qollar vurduq. Bəzi hallarda xal qazanmağa yaxın olsaq da, hansısa kobud səhvə görə bu, alınmadı. Bu dəfə alınmadısa, gələn dəfə də cəhd edəcəyik. Hazırda çmpionatda və kubokda işlərimiz yaxşı gedir. Premyer Liqada lider “Qarabağ”dan cəmi 1 xal geri qalırıq, kubokda isə yarımfinaldayıq və mübarizə aparırıq. Bundan sonrakı hədəflərimiz daxili yarışlarda uğurla çıxış etməkdir.

 

- Xorvatiya millisinə dəvət almaq sizin üçün gözlənilməz olmadı ki?

- Deyə bilmərəm ki, milliyə dəvət aldığımı eşidəndə şoka düşdüm. Çünki mən belə bir təklif almaq üçün öz üzərimdə çox çalışıram. Həqiqətən də bui xəbəri eşidəndə çox qürurlandım. Bütün dünya bilir ki, millimiz çox güclüdür və belə bir komandanın bir parçası olmaq mənim üçün şərəfdir.

 

- Millidə Avropanın ən yaxşı klublarında oynayan futbolçularla rəqabət aparacaqsan. Bu, sənin üçün çətin olmayacaq ki?

- Luka Modriç, İvan Rakitiç və Mario Manukiç Çində komanda ilə birgə olmayacaqlar. Toplanışa dəvət alan hər kəs özünü ən yaxşı tərəfdən göstərmək və növbəti dəfə milliyə dəvət almaq istəyir. Mən də özümə güvənirəm və ən yaxşı oyunumu göstərməyə çalışıram. Bundan sonrası isə baş məşqçinin işidir.

 

- Sizin həmyerliniz Robert Prosineçki Azərbaycan millisini çalışdırır. Onun milli komandadakı işini uğurlu saymaq olar?

- Hamı Prosineçkinin necə möhtəşəm futbolçu olduğunu yaxşı bilir. O həm də yaxşı insandır. Düşünürəm ki, Azərbaycanda yaxşı nəticələr qazanıb, düzdür, bu nəticələr bir qədər də yaxşı ola bilər. Azərbyacan millisi daha yaxşı nəticələr qazana bilər. Onlara azarkeşlik edirəm.

 

- “Qəbələ”nin əsas aparıcısı baş məşqçi Roman Qriqorçukdur. Siz onun haqda nə deyəı bilərsiz?

- O, yaxşı mütəxəssis olduğunu çoxdan təsdiq edib. Ardıcıl iki dəfə “Qəbələ”ni qrup mərhələsinə çıxarıb. Onu çox yaxşı baş məşqçi hesab edirəm. Düşünürəm ki, onun rəhbərliyi altında bu mövsüm ilk dəfə Azərbaycan çempionu ola biləcəyik.

 

- Çempionlar Liqasının qrup mərhələsində çıxış edə biləcəyinizə inanırsız?

- Təsnifat mərhələsində çıxış edən istənilən komanda qrup mərhələsinə qədər irəliləyə bilər. Əəgər biz ölkə çempionu olsaq və Çempionlar Liqasının təsnifat mərhələsində iştirak etsək, bizim də hədəfimiz qrup mərhələsinə qədər irəliləmək olacaq. “Qəbələ”nin heyətində güclü və peşəkar futbolçular var və biz Çempionlar Liqasında uğurla çıxış edə bilərik.

 

- “Qəbələ”də infrastruktur necədir?

- “Qəbələ”də hər bir şərait var. Möhətəşəm bazamız, məşq etmək üçün bir neçə stadionumuz...Futbolçulara ancaq hazırlaşmaq və yalnız qələbələri sıralmaq qalır.