Prosineçki və Sadıqovun məşqçi seçimi

FİFA-nın keçirdiyi sorğuda iştirak edən Azərbaycan millisinin nümayəndələri 2016-cı ilin ən yaxşı baş məşqçisi Klaudio Ranyeriyə səs verməyib. Olimpsport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Robert Prosineçki və kapitanı Rəşad Sadıqov “Lester”i İngiltərə çempionu edən italiyalı mütəxəssisin işini ilk “üçlüy”ə layiq bilməyib.

 

Belə ki, hər iki təmsilçimiz səsvermədə 1-ci yerə Portuqaliyanı Avropa çempionu edən Fernandu Santuşu ilk pilləyə layiq görüb. Digər iki pillənin sahibində isə onların fikirləri fərqlənib.

 

Sadıqov Zinəddin Zidanı 2-ci, Yurgen Kloppu 3-cü yerə layiq bilib. Prosineçki isə 2-ci yerdə Luis Enrike, 3-cü pillədə isə Pep Qvardiolanı görüb.

 

FİFA-nın sorğusunun yekunlarında isə Ranyeri 1-ci, Zidan 2-ci, Santuş 3-cü olub. Təmsilçilərimizin səs verdiklərindən Qvardiola 5-ci, Luis Enrike 6-cı, Klopp isə 7-ci yerdə qərarlaşıb.

mənbə:Apasport