Azərbaycan – Almaniya oyununun biletləri satışda

Azərbaycan millisinin DÇ-2018-in  seçmə mərhələsində keçirəcəyi növbəti oyunun biletləri satışa çıxarılıb. Olimpsport.az saytının məlumatına görə, martın 26-da baş tutacaq Almaniya ilə qarşılaşmanın biletləri bu gündən onlayn satışdadı.

 

Bundestimlə matçı izləmək istəyənlərə 7 kateqoriyalı biletlər təklif olunub. VİP sektora giriş 50 manata olacaq. Bundan başqa, 2, 5, 9, 14, 19 və 20 manatlıq biletlər də satışa çıxarılıb.

 

Kassalarda satışa isə  fevralın 1-dən start veriləcək.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 20:00-da başlayacaq.

 

Mənbə: affa.az